Fransada 1 May münasibətilə genişmiqyaslı etiraz aksiyaları keçirilir.
Bakıvaxtı.az "Le Monde" nəşrinə istinadən xəbər verir ki, həmkarlar ittifaqlarının çağırışı ilə ölkə üzrə yüz minlərlə insanın küçələrə çıxacağı gözlənilir. Ümumilikdə 320-dən çox aksiya planlaşdırılıb.
Etirazların əsas tələbləri işçi hüquqlarının müdafiəsi, əməkhaqlarının artırılması və sosial təminatların qorunmasıdır. Həmkarlar ittifaqları bəzi sahələrdə 1 Mayın iş günü elan olunması təşəbbüslərinə qarşı çıxır və bunu sosial hüquqlara zidd sayır.
Aksiyalar əsasən Paris, Tuluz və Strasburq kimi iri şəhərlərdə keçirilir. Paytaxtda yürüşün Respublika meydanından Millət meydanına qədər davam edəcəyi gözlənilir.
Rəsmi qurumlar aksiyaların ümumilikdə dinc keçəcəyini bildirsə də, bəzi radikal qrupların iştirakı səbəbindən lokal insidentlər ehtimalı istisna edilmir. Təhlükəsizlik tədbirləri gücləndirilib.
Aydın
Bakı 




