• Bakı 16° C

    7.87 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Hindistanda Rusiyanın qırıcıları istehsal oluna bilər

DÜNYA

30 May 2026 | 21:47

Hindistanda Rusiyanın qırıcıları istehsal oluna bilər

Hindistanda Rusiyanın "Su-57E" qırıcı təyyarəsinin istehsalına başlana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinə istinadən məlumat yayıb.

"Rusiya Hindistanda “Su-57E” təyyarələrinin istehsalını təşkil etməyi təklif edir. Hazırda tərəfdaşlarla müvafiq məsləhətləşmələr aparılır", — deyə məlumatda bildirilir.

Federal Hərbi-Texniki Əməkdaşlıq Xidməti qeyd edib ki, Rusiya-Hindistan əməkdaşlıq tarixi ərzində tərəfdaşlar geniş çeşiddə hərbi təyinatlı məhsulların istehsalını mənimsəyiblər. 

Söhbət "Su-30MKI" təyyarələrindən, "T-90S" tanklarından və "AK-203" avtomatlarından gedir.
 


SON XƏBƏRLƏR

30 May 2026