q
  • Bakı 15° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Fars körfəzi ərazisində 900-dən çox ticarət gəmisi qalıb

DÜNYA

01 May 2026 | 11:43

Fars körfəzi ərazisində 900-dən çox ticarət gəmisi qalıb

Yaxın Şərqdə davam edən müharibənin təsirləri Fars körfəzində də aydın şəkildə hiss olunur. Son məlumatlara görə, iki aydır davam edən qarşıdurma fonunda Fars körfəzi ərazisində 900-dən çox ticarət gəmisi qalıb.

 

Bakıvaxtı. az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bölgədə ümumilikdə 913 kommersiya gəmisi müşahidə olunub. Bu göstərici müharibənin ilk günləri ilə müqayisədə azalsa da, hələ də yüksək səviyyədə qalır. Belə ki, fevral ayının sonunda körfəzdə 1100-dən çox gəmi olub. Hazırda bölgədə əsasən neft tankerləri, mayeləşdirilmiş qaz daşıyan gəmilər və konteyner gəmiləri fəaliyyət göstərir. Lakin təhlükəsizlik riskləri səbəbindən bəzi gəmilər ərazini tərk etməkdə çətinlik çəkir. Xüsusilə Hörmüz boğazı ətrafında vəziyyət gərgin olaraq qalır.

Çünki, bölgədəki hərbi gərginlik beynəlxalq ticarət marşrutlarına ciddi təsir göstərir. Bəzi gəmilər mümkün hücumlardan yayınmaq üçün naviqasiya sistemlərini məhdudlaşdıraraq hərəkət edir. Xəbərdə qeyd olunur ki, vəziyyətin bu şəkildə davam etməsi qlobal enerji bazarına və dəniz daşımalarına mənfi təsir göstərə bilər. Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət diqqətlə izlənilir.

Aydın


SON XƏBƏRLƏR