• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI

HADİSƏ

01 May 2026 | 00:10 | Müəllif: Subhan Mahmudov

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI

Gəndob-Yalama yolunun Şabran rayonu ərazisindən keçən hissəsində böyük qovaq ağacı yolun hərəkət hissəsinə aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə aprelin 30-u axşam saatlarında baş verib.

Böyük diametrli ağacın Ağalıq kəndi ərazisində yola aşması nəticəsində Gəndov -Yalama yolunda avtomobillərin hərəkəti təxminən bir saat müddətində məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub. Qovaq ağacı kəsilərək, traktor vasitəsilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Bundan sonra avtomobillərin hərəkəti bərpa olunub./Azərtac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026