• Bakı 15° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Yasa gedərkən qəzaya düşdülər - Yenilənib

HADİSƏ

30 May 2026 | 12:26

Yasa gedərkən qəzaya düşdülər - Yenilənib

Səhər saat 9 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində Şəki sakini Amil Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü A.Əmiraslanov və sərnişin - 46 yaşlı Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bakıvaxtı.az xəbər verir ki, avtomobildə sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü yanğınsöndürən xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verilib.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

09:53

Şəkiyə yasa gedənlər Oğuzda qəzaya düşüblər.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sürücü A.Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda  sürücünün avtomobildən  çıxarılması üçün işlər aparılır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


SON XƏBƏRLƏR