• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Sumqayıtda minik avtomobili restorana çırpıldı 

HADİSƏ

28 Iyun 2026 | 21:34 | Müəllif: Gülşən Şərif

Sumqayıtda minik avtomobili restorana çırpıldı

Sumqayıtda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Changan 07” markalı minik avtomobili naməlum səbəbdən sürücünün idarəetməsindən çıxaraq yol kənarında fəaliyyət göstərən restoranın binasına çırpılıb.

Qəza nəticəsində obyektə və nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə aidiyyəti qurumların əməkdaşları göndərilib.

Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır, qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR