q
  • Bakı 15° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

WUF13: 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib

SİYASƏT

01 May 2026 | 10:59

WUF13: 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib

Azərbaycanda keçiriləcək WUF13 konfransı üçün 150 ölkədən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda şəhərsalma modeli köhnə modeldən çıxıb:

"Ağıllı şəhər və kənd konsepsiyalar həyata keçirilir. Şəhər landşaftın ın formalaşması, yaşıl zonanın artırılması müasir çağırışlara cavab verir. Azərbaycanın qabaqcıl şəhərsalma modeli dünyada da tanınır".

Read Qasımovun sözlərinə görə, mayın 17-22 keçiriləcək WUF13 tədbiri üçün 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib.

"Bu da ölkəmizdə keçiriləcək bu foruma olan diqqətin göstəricisidir".


SON XƏBƏRLƏR