• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Məhləyə şlaqbaun quraşdırıldı - Bu, qanunidir?

CƏMİYYƏT

01 May 2026 | 12:46 | Müəllif: Əli Hüseynov

Məhləyə şlaqbaun quraşdırıldı - Bu, qanunidir?

Bakı şəhər Nərimanov rayonu Ədhəm Orucəliyev küçəsi 1952-ci məhəllədə fəaliyyət göstərən bir qrup sakin və sahibkar burada quraşdırılmış şlaqbaumdan narazıdır.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən şikayətçilər keçidə nəzarət mexanizminin onların gündəlik həyatına mənfi təsir etdiyini bildiriblər.

Onların sözlərinə görə, binanın həyətyanı torpaq sahəsinin giriş-çıxış yolları üzərində quraşdırılmış şlaqbaumlar qanunsuzdur:

“Bir qrup şəxs və şəxslər tərəfindən qanunsuz nəzarət yaradıldığından xeyli vaxtdır sözügedən ünvanın sakinləri olaraq evlərimizə və iş yerlərimizə giriş-çıxışlarda süni maneələrlə qarşılaşırıq. Şlaqbaum quraşdıraraq, pultları müəyyən məbləğə satırlar və almağa məcbur edilirik. Əks halda avtomobillə həyətyanı sahəyə girişimiz məhdudlaşdırılır. Danışıq apardığımız zaman isə “aidiyyəti qurumlarla razılaşmışıq” kimi fikirlər səsləndirirlər”.

Vətəndaşlar məsələ barədə aidiyyəti qurumlara müraciət etdiklərini deyiblər.

Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məsələ araşdırılır, müvafiq tədbirlər görüləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026