• Bakı 16° C

    7.87 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

İyunda bu 3 bürc üçün sehrli dövr başlayır

CƏMİYYƏT

31 May 2026 | 00:56

İyunda bu 3 bürc üçün sehrli dövr başlayır

Astroloqların proqnozlarına görə, iyun ayı bəzi bürc nümayəndələri üçün xüsusi uğurlar vəd edir.

Bakıvaxtı.az xəbər verir ki, bu ay xüsusilə Şir, Tərəzi və Oxatan bürclərinin həyatında müsbət dəyişikliklərə səbəb olacaq.

Bildirilib ki, Şir bürcü nümayəndələri iyunda karyera və maliyyə sahəsində uğurlu dövr yaşayacaqlar. Yeni iş təklifləri, gəlir imkanlarının artması və uzun müddətdir gözlənilən xəbərlərin alınması ehtimalı yüksək qiymətləndirilir. Şəxsi münasibətlərdə də sabitlik və harmoniya müşahidə oluna bilər.

Tərəzi bürcü üçün isə ayın əsas mövzusu sevgi və şəxsi həyat olacaq. Astroloqlar yeni tanışlıqların, romantik münasibətlərin və xoş sürprizlərin mümkün olduğunu qeyd edirlər. Eyni zamanda maliyyə vəziyyətində də müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir.

Oxatan bürcü nümayəndələrinin qarşısında isə yeni imkanların açılacağı bildirilir. Xüsusilə iş, təhsil və səyahətlə bağlı planların uğurla reallaşması üçün əlverişli şərait yaranacaq. Astroloqların fikrincə, Oxatanlar bu ay qarşılarına çıxan fürsətləri düzgün dəyərləndirsələr, mühüm nailiyyətlər əldə edə bilərlər.


SON XƏBƏRLƏR

30 May 2026