q
  • Bakı 15° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Şahmatçılarımızın FİDE reytinqi

İDMAN

01 May 2026 | 12:03

Şahmatçılarımızın FİDE reytinqi

Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bəlli olub.

Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov may ayının cədvəlində 2717 əmsalla 26-cı pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2689) 39-cu, əmsalını 2665-ə çatdıran Aydın Süleymanlı 49-cu, Eltac Səfərli (2648) 70-ci, Rauf Məmmədov (2636) 90-cı sıradadır.

Qadınlardan ən yaxşı göstərici Ülviyyə Fətəliyevaya (2450) məxsusdur. O, hazırda 25-cidir. Günay Məmmədzadə (2374) 69-cu, Gövhər Beydullayeva (2368) 72-ci, Xanım Balacayeva (2350) 94-cüdür.

Qeyd edək ki, kişilərdə norveçli Maqnus Karlsen (2840), qadınlarda çinli Hou Yifan (2596) reytinq cədvəlinə başçılıq edirlər.


SON XƏBƏRLƏR