Aprelin sonlarında ABŞ-nin "USS Higgins" esminesində elektrik sistemində yaranan nasazlıq gəminin tamamilə işıqsız qalmasına səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci donanmasının mətbuat xidmətinin nümayəndəsi Metyu Komer məlumat verib.
"2026-cı il aprelin 28-də Hind-Sakit okean regionunda planlı əməliyyatlar həyata keçirən "Arleigh Burke" sinfinə aid "USS Higgins" esminesi elektrik paylayıcı sistemində texniki problemin olduğunu bildirib", - deyə məlumatda vurğulanır. Qeyd olunur ki, gəmi boyunca enerjinin kəsilməsi onun hərəkət qabiliyyətini itirməsi ilə nəticələnib.
Rəsmi açıqlamaya əsasən, hərbi gəmidə elektrik enerjisinin verilişi artıq bərpa edilib.
Bir müddət əvvəl "CBS News" telekanalı ABŞ-nin Hind-Sakit okean Komandanlığının məsuliyyət zonasında olan bu esminesin göyərtəsində yanğın baş verdiyi barədə xəbər yayıb.
Bakı 




