Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu vəzifəyə Hacı Məhəmmədoviç Lətifov təyin olunub.
Təcrübəli cərrah Hacı Lətifov 1997-1998-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında Ümumi cərrahiyyə şöbəsində internaturanı tamamladıqdan sonra, 1998-2019-cu illərdə həmin xəstəxanasının Cərrahiyyə şöbəsində ümumi cərrah kimi fəaliyyət göstərib.
2019-2023-cü illərdə Medistyle Hospitalda ümumi cərrah, 2023-2025-ci illərdə isə "Yeni Klinika"da ümumi cərrah olaraq fəaliyyət göstərib. 13.01.2025-ci il tarixindən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsində çalışıb.
H.Lətifov 2007-ci ildə Rusiyada "Diaqnostika laparoskopiya, Operativ laparoskopiya" üzrə ixtisasartırma akademiyasını, 2008 və 2009-cu illərdə Almaniyanın Humbolt Kliniki Mərkəzində keçirilən kursları, 2014-cü ildə Hindistanın "Galaxy Care" Laparoskopiya İnstitutunda "Laparoskopiya və Laparoskopik Ginekoloji Onkologiya" kursunu tamamlayıb.
Bakı 





