q
  • Bakı 15° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

KİV: Britaniyalılar daha az yeməyə başlayıblar

DÜNYA

01 May 2026 | 09:05

KİV: Britaniyalılar daha az yeməyə başlayıblar

Böyük Britaniyada təxminən üç milyon ailə qida rasionunu ixtisar etmək və ailə toplantılarını azaltmaq məcburiyyətində qalıb. Bu addım ölkədə yaşayış xərclərinin davamlı olaraq artması fonunda vəsaitə qənaət etmək ehtiyacından irəli gəlir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın LBC radiostansiyası "Which?" istehlakçı qrupunun yeni tədqiqatının nəticələrinə istinadən məlumat yayıb.

Təqdim olunan məlumatlara əsasən, yetkin yaşlı britaniyalıların 85%-i ərzaq məhsullarının qiymətlərindən ciddi narahatlıq keçirir. Ev təsərrüfatlarının üçdəikisi qidalanma vərdişlərini dəyişdirməli olub. Belə ki, sakinlərin 43%-i daha ucuz qida məhsullarına, 37%-i supermarketlərin büdcəyə uyğun mallarına, 31%-i isə endirim aksiyasında olan məhsullara üstünlük verir.

LBC radiostansiyası, həmçinin bu ilin aprel ayında qeydə alınan istehlakçı inamı səviyyəsinə də diqqət çəkib. Həmin göstərici mənfi 62%-ə qədər geriləyib ki, bu da 2022-ci ildən bəri qeydə alınan ən aşağı nəticə hesab olunur.


SON XƏBƏRLƏR