q
  • Bakı 15° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

"Cəhənnəm Necati"nin əlaltıları tutuldu

DÜNYA

01 May 2026 | 13:33

Cəhənnəm Necatinin əlaltıları tutuldu

Türkiyənin hüquq-mühafizə orqanları cinayətkar aləmdə "Köln atası" və "Cəhənnəm Necati" ləqəbləri ilə tanınan Coşkun Necati Arabacının rəhbərlik etdiyi dəstənin Almaniya, Braziliya və İspaniyada narkotik qaçaqmalçılığında iştirak etdiyini müəyyənləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, "Cəhənnəm Necati"nin rəhbər olduğu qruplaşmanın üzvləri narkotik qaçaqmalçılığından qaynaqlanan mübahisələrdə işgəncə və qəsdən adam öldürmə kimi cinayətlərdə də iştirak ediblər.

Dəstə üçün müntəzəm olaraq pul toplayan və bu vəsaitləri qruplaşmanın fəaliyyətləri üçün istifadə edən şübhəliləri müəyyənləşdirdikdən sonra İstanbul, İzmir və Tuncelidə eyni vaxtda əməliyyatlar keçirilib.

Proses zamanı 5 şübhəli şəxs saxlanılıb və cinayət yolu ilə əldə olunduğu bildirilən 22 əmlak, 7 nəqliyyat vasitəsi və 8 şirkətdəki səhmlər də daxil olmaqla təxminən 780 milyon türk lirəsi (təxminən 29.4 milyon manat) dəyərində aktivlər müsadirə edilib.

Şübhəli şəxslər dindirilmək üçün polis bölməsinə aparılıblar.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərində saxlanılan Arabacı ilə bağlı ötən ilin noyabrında maraqlı hüquqi proses başa çatıb.


SON XƏBƏRLƏR