• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Biləsuvarda at əti satışının qarşısı alınıb

CƏMİYYƏT

01 May 2026 | 13:07 | Müəllif: Zeynəb Rzayeva

Biləsuvarda at əti satışının qarşısı alınıb

Biləsuvarda qanunsuz at kəsimi və 205 kq at əti satışının qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA-nın Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı "Toyota Corolla" markalı avtomobilə baxış keçirib.

Yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb.

Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Əzizov Məlik Sabir oğluna məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib. Araşdırmalar davam etdirilir.


Biləsuvarda at əti satışının qarşısı alınıbBiləsuvarda at əti satışının qarşısı alınıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026