• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Partlayışda yaralanan həkim vəfat edib? - RƏSMİ

CƏMİYYƏT

01 May 2026 | 15:38 | Müəllif: Əli Hüseynov

Partlayışda yaralanan həkim vəfat edib? - RƏSMİ

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.

Bakıvaxtı.az-ın xəbərinə görə, məsələ ilə bağlı Baş Prokurorluqdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır".

****

14:56

Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində ağır yaralanan həkim radioloq Asif Nəsirli dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, aprelin 30-da Bakıdakı Milli Onkologiya Mərkəzində partlayış baş verib. Hadisə mərkəzin Şüa-diaqnostika şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində qeydə alınıb. Partlayış zamanı xəstə Mübariz Əliyev hadisə yerində həyatını itirib.

Hadisə nəticəsində həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026