q
  • Bakı 14° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Modriç karyerasını "Milan"da davam etdirmək qərarına gəlib

İDMAN

01 May 2026 | 15:14

Modriç karyerasını Milanda davam etdirmək qərarına gəlib

Xorvatiyalı futbolçu Luka Modriç daha bir mövsüm İtaliyanın "Milan" klubunda çıxış edəcək.

Bakıvaxtı.az "La Gazzetta dello Sport"a istinadən xəbər ki, 40 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddətinin 2026/2027 mövsümünün sonunadək uzadılması seçimi aktivləşəcək.

Rəsmi açıqlamanın bu il keçiriləcək dünya çempionatından sonra veriləcəyi gözlənilir. Modriç yenidən UEFA Çempionlar Liqasında oynamaq və karyerasını "Milan" kimi böyük klubda bitirmək niyyətindədir.

Xatırladaq ki, təcrübəli oyunçu cari mövsüm A Seriyasında 2788 dəqiqə meydanda olub. Bu isə onun sabiq komandası "Real"da son beş mövsümün hər hansı birindən daha çoxdur.


SON XƏBƏRLƏR