BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd gələn həftə Azərbaycana səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu apa-ya BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç bildirib.
Onun sözlərinə görə, səfər WUF13-lə bağlıdır.
“Biz artıq bütün qonaqları qəbul etməyə hazırıq. Gələn həftə üçün WUF üzrə səlahiyyətli rəsmilərimizi, BMT Baş katibinin müavinini və BMT Habitat-ın icraçı direktorunu qəbul edəcəyik”, - Qarafuliç vurğulayıb.
Bakı 




