q
  • Bakı 13° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

"Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO

CƏMİYYƏT

01 May 2026 | 13:42

Təməl dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib - VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində “Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə HDQ-nin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər bu kimi təlim kurslarının hərbi qulluqçuların ixtisas səviyyəsinin və döyüş hazırlığının artırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Kurs müddətində iştirakçılar gəmialtı baxış, axtarış-xilasetmə əməliyyatları və digər praktiki tapşırıqları yerinə yetirərək peşəkar dalğıc bacarıqları qazanıblar.

Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim olunub.


SON XƏBƏRLƏR