q
  • Bakı 13° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

İsrail səfiri Azərbaycanla münasibətlərdən danışdı

SİYASƏT

01 May 2026 | 14:17

İsrail səfiri Azərbaycanla münasibətlərdən danışdı

Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı genişləndirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib.

"Şübhəsiz ki, İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər genişlənir. Bu, həm "Tamar" yatağını, həm də İsrail şirkətlərində, məsələn, IDE (Israeli Desalination Company) şirkətində payların alınmasının müzakirəsini əhatə edir. Əminəm ki, gələcəkdə əməkdaşlıq üçün daha çox istiqamətlər yaranacaq", - o qeyd edib.

Ölkələrimiz arasında turizmin inkişafından danışan səfir qeyd edib ki, 2025-ci ildə İsraildən Azərbaycana turist axını artıb.

"2025-ci ildə Azərbaycana təxminən 70 min israilli turist gəlib. Bundan başqa, Azərbaycandan tranzit qovşaq kimi istifadə edərək Bakıdan digər istiqamətlərə uçanların sayı da çox olub. Ümid edirəm ki, bundan sonra da Azərbaycana gələn İsrail vətəndaşlarının sayının artacağını müşahidə edəcəyik", - o deyib.


SON XƏBƏRLƏR