Slovakiyanın Baş naziri Robert Fitso 1 may tarixinə keçən gecə mağazalara və xəstəxanalara çörək çatdırılması üzrə yükdaşıyan işçi vəzifəsində işləyib.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə Baş nazirin yük daşımasını əks etdirən görüntülər yayılıb.
Fitso səhər saatlarında çörəkxanalardan birinin məhsulunu sifarişçilərə çatdıran yük maşınına yüklənməsini və boşaldılmasını həyata keçirib.
“Gecə növbəsindən sizi salamlayıram. Hazırda biz Nova-Dubnitsa şəhərindəyik. Elə indicə biz bura bir partiya təzə çörək və çörək məmulatlarını çatdırdıq”, - Fitso deyib.
Qeyd edək ki, Slovakiyada 1 May - Beynəlxalq Əmək Günü rəsmi bayram kimi qeyd olunur.
Bakı 




