q
  • Bakı 13° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Mərkəzi Banka baş direktor təyin edildi

İQTİSADİYYAT

01 May 2026 | 16:51

Mərkəzi Banka baş direktor təyin edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub.

AMB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Sadiq Fərhad oğlu Axundov mayın 1-dən etibarən baş direktor təyin edilib.

    Bununla da AMB-nin baş direktorlarının sayı 10-a çatıb.

    Qeyd edək ki, Sadiq Axundov əmək fəaliyyətinə 2009-cu ildə “Azəriqazbank” ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlamış, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-2019-cu illərdə “Amrahbank” ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan” ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləmişdir.

    2024-cü ilin mart-iyul aylarında Azərbaycan Respublikası Mərkəzi Bankında Sədrin ofisi departamentində məsləhətçi vəzifəsində işləmişdir. 2024-cü ilin iyul ayından 2026-cı ilin aprel ayınadək Mərkəzi Bankın İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru vəzifəsində işləmişdir.

     

     

    Foto


    SON XƏBƏRLƏR