q
  • Bakı 13° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Azərbaycan-Ermənistan rəsmilərinin səfərləri davam edəcək

CƏMİYYƏT

01 May 2026 | 17:41

Azərbaycan-Ermənistan rəsmilərinin səfərləri davam edəcək

Xatırladım ki, Ermənistan Baş nazirinin müavini və onun rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ şəhərində səfərdə olmuşdu və orada ikitərəfli gündəliklə əlaqədar məsələlər, eləcə də ticarət, iqtisadi məsələlərlə bağlı, sərhədlərin delimitasiyası-demarkasiyası məsələləri müzakirə olunmuşdu.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərinə münasibət bildirərkən deyib.

    “Baş nazirin müavini Şahin Mustafayevin və onun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri də burada qarşılıqlılıq prinsipinə riayət edilərək həyata keçirilib. Səfər nəticəsində mətbuata verilmiş məlumatda qeyd olunduğu kimi, burada müxtəlif məsələlər, o cümlədən iki ölkə arasında normallaşma gündəliyinin tərkib hissəsi olaraq ticarət münasibətləri, həmçinin, sərhədlərin delimitasiyası-demarkasiyası və digər məsələlər də müzakirə olunub. Hesab edirik ki, bu qəbildən olan qarşılıqlı səfərlər bundan sonra da həyata keçiriləcək”, - Hikmət Hacıyev vurğulayıb.


    SON XƏBƏRLƏR