q
  • Bakı 13° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Süni intellektlə bağlı hüquqi tənzimləmələr sərtləşdirilir

MULTİMEDİA

01 May 2026 | 16:34

Süni intellektlə bağlı hüquqi tənzimləmələr sərtləşdirilir

Süni intellekt dövründə media etikası, həssas mövzuların işıqlandırılması və informasiya təhlükəsizliyi riskləri müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media Təhlili şöbəsinin rəhbəri Səbinə Seyidova danışıb.

Onun sözlərinə görə, media sahəsində həssas mövzuların işıqlandırılması xüsusi yanaşma tələb edir və bu istiqamətdə risklər daim mövcuddur:

“Uşaqlarla bağlı məsələlər, sosial və mentalitet həssaslıqları olan mövzular media üçün hər zaman risk daşıyır. Rəqəmsal inkişaf bu riskləri daha da genişləndirir”.

Səbinə Seyidova qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatların yoxlanılması və manipulyasiya risklərinin qiymətləndirilməsi daha da vacib hala gəlib:

“İstənilən məlumat bir neçə mənbədən yoxlanılmalı, manipulyasiya ehtimalı nəzərə alınmalıdır”.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının inkişafı yeni etik prinsipləri də gündəmə gətirib:

“Beynəlxalq yanaşmalarda süni intellektin demokratik olması, insan fəaliyyətini əvəz etməməsi, ümumi rifaha xidmət etməsi və dayanıqlı şəkildə inkişafı əsas prinsiplər kimi qəbul olunur”.

O həmçinin bildirib ki, bir sıra ölkələrdə süni intellektlə bağlı hüquqi tənzimləmələr sərtləşdirilir və Azərbaycan da bu istiqamətdə addımlar atır:

“Süni intellektlə insanın razılığı olmadan səs və görüntünün istifadə edilməsi artıq hüquqi məsuliyyət yaradır və cərimə və hətta azadlıqdan məhrumetmə ilə nəticələnə bilər”.

Səbinə Seyidova vurğulayıb ki, bütün bu dəyişikliklər medianın daha məsuliyyətli və peşəkar yanaşmasını zəruri edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR