Apple, “Apple Intelligence” adlı süni intellekt sistemi ilə bağlı istifadəçiləri yanıltdığı iddiasına görə ABŞ-də açılan məhkəmə işində 250 milyon dollar ödəməyə razılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, iddiaya görə, şirkət 2024-cü ildə təqdimat zamanı bu sistemin imkanlarını olduğundan daha güclü göstərib. Buna görə də bir sıra istifadəçilər Apple-a qarşı məhkəməyə müraciət edib.
Qərara əsasən, 10 iyun 2024-cü il ilə 29 mart 2025-ci il aralığında ABŞ-dən iPhone 15 Pro, iPhone 15 Pro Max və ya iPhone 16 alan şəxslər kompensasiya ala biləcəklər. Ödəniş məbləği isə hər telefon üçün 25-95 dollar arasında dəyişəcək.
Bu kompensasiya yalnız ABŞ-də cihaz alan istifadəçilərə şamil olunur. Bildirişlərin 2026-cı ilin may ayından başlayaraq 45 gün ərzində göndərilməsi gözlənilir.
Apple sözçüsü Marni Goldberg bildirib ki, şirkət “Apple Intelligence” istifadəyə veriləndən sonra bir çox yeni funksiya təqdim edib və əsas məqsədləri istifadəçilərə innovativ xidmətlər göstərməkdir.
Aynur Babazadə
Bakı 




