q
  • Bakı 14° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Fişinq nədir və necə qorunmaq olar?

MULTİMEDİA

07 May 2026 | 16:57

Fişinq nədir və necə qorunmaq olar?

Fişinq istifadəçilərin şəxsi məlumatlarını oğurlamaq məqsədilə həyata keçirilən kiberdələduzluq üsuludur. Bu zaman dələduzlar özlərini bank, sosial şəbəkə və ya tanınmış şirkət kimi təqdim edərək insanları saxta linklərə daxil olmağa və məlumat paylaşmağa yönləndirirlər.

Bakıvaxtı.az xəbər verir ki, Kaspersky-ın məlumatına görə, fişinq hücumları ən çox e-poçt, SMS və mesajlaşma tətbiqləri vasitəsilə həyata keçirilir. İstifadəçilərə “hesabınız bloklanacaq”, “şifrənizi yeniləyin” və ya “siz hədiyyə qazandınız” kimi mesajlar göndərilir.

Microsoft bildirir ki, bu hücumların əsas məqsədi istifadəçinin şifrəsini, bank kartı məlumatlarını və digər şəxsi informasiyalarını ələ keçirməkdir.

Kibertəhlükəsizlik mütəxəssisləri phishingdən qorunmaq üçün naməlum linklərə daxil olmamağı, şübhəli faylları açmamağı və sayt ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir. Xüsusilə bank və sosial şəbəkə hesablarında iki mərhələli təsdiqləmə sisteminin aktiv edilməsi vacib hesab olunur.

Norton qeyd edir ki, etibarlı antivirus proqramları və təhlükəsizlik yeniləmələri də phishing riskini azaltmağa kömək edir.

Mütəxəssislərə görə, internetdə ən böyük təhlükələrdən biri texniki boşluqlardan yox, istifadəçilərin diqqətsizliyindən yaranır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR