• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Vatsapdan mesajlarla bağlı YENİLİK

MULTİMEDİA

20 May 2026 | 18:26

Vatsapdan mesajlarla bağlı YENİLİK

Vatsap yeni yoxa çıxan mesaj rejimini sınaqdan keçirir. Bu rejimdə silinmə taymeri yalnız mesajı qəbul edən tərəfindən oxunduqdan sonra geri saymağa başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “MacRumors” məlumat yayıb.

Belə ki, yeni funksiya iOS proqramının “TestFlight” platforması vasitəsilə mövcud olan ən son beta versiyasına əlavə edilib.

Funksiya “Defolt mesaj taymeri” parametrləri bölməsində yerləşir, lakin vatsap gələcəkdə menyunun adını dəyişə və ya parametri interfeysin başqa bölməsinə köçürə bilər.

Yeni alət artıq iOS və Android-də bəzi beta testerləri üçün əlçatandır. Bununla belə, tətbiqin stabil versiyasının bəzi istifadəçiləri də bu funksiyaya giriş əldə edə bilər.


SON XƏBƏRLƏR

20 May 2026