• Bakı 25° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

“WhatsApp” bəzi telefonlarda fəaliyyətini dayandıracaq

MULTİMEDİA

13 Iyun 2026 | 10:41

“WhatsApp” bəzi telefonlarda fəaliyyətini dayandıracaq

WhatsApp tətbiqindən istifadə edənlər üçün vacib dəyişiklik elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, Meta köhnə əməliyyat sistemlərinə dəstəyi mərhələli şəkildə dayandırmağa hazırlaşır. Şirkətin qərarı nəticəsində bəzi köhnə smartfon modellərində tətbiqdən istifadə mümkün olmayacaq.

Yeni qaydalara əsasən, 30 noyabr 2026-cı ildən etibarən "WhatsApp" yalnız iOS 15.5 və daha yeni versiyalarla işləyən "iPhone" cihazlarını dəstəkləyəcək. Bu səbəbdən bəzi köhnə "Apple" modellərinin istifadəçiləri tətbiqdən yararlana bilməyəcəklər.

Android platformasında isə dəyişikliklər 8 sentyabr 2026-cı ildən qüvvəyə minəcək. Həmin tarixdən sonra Android 6.0-dan daha köhnə əməliyyat sistemlərinə malik cihazlarda tətbiqin fəaliyyəti dayandırılacaq.

Şirkət bildirib ki, qərarın əsas məqsədi təhlükəsizlik səviyyəsini yüksəltmək, yeni funksiyaların daha sabit işləməsini təmin etmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaqdır.

Meta köhnə cihazlardan istifadə edən şəxslərə məlumatlarını əvvəlcədən ehtiyat nüsxədə saxlamağı və imkan daxilində əməliyyat sistemlərini yeniləməyi tövsiyə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyun 2026