q
  • Bakı 13° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Süni intellektə dövlət nəzarəti artırılır

MULTİMEDİA

01 May 2026 | 16:28

Süni intellektə dövlət nəzarəti artırılır

Süni intellekt texnologiyalarının tətbiqi və informasiya təhlükəsizliyi üzrə dövlət səviyyəsində nəzarət mexanizmlərinin gücləndirildiyi bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəhbəri Murad Balayev bildirib.

Onun sözlərinə görə, süni intellekt üzrə 2025-ci ilə dair strategiya çərçivəsində dövlət qurumlarına konkret vəzifələr müəyyən edilib və bu istiqamətdə işlər aparılır:

“Dövlət informasiya resurslarının həm fiziki, həm də texniki auditini həyata keçiririk. Süni intellekt layihələri üzrə ilkin təhlükəsizlik meyarları və qaydalar hazırlanıb”.

M.Balayev qeyd edib ki, bu sahədə risklərin idarə olunması məqsədilə xüsusi reyestr formalaşdırılıb və dövlət qurumları ilə koordinasiya işi aparılır:

“Hazırlanan informasiya təhlükəsizliyi təlimatları əsasında layihələr həm audit edilir, həm də monitorinq olunur”.

Murad Balayev əlavə edib ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla da əməkdaşlıq edərək təcrübə mübadiləsi həyata keçirir və süni intellekt layihələrinin təhlükəsiz tətbiqi üzrə standartların formalaşdırılması istiqamətində iş aparır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR