q
  • Bakı 13° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Kürdəxanını "8-ci km" bazarı ilə əlaqələndirən avtobuslar yenilənir

CƏMİYYƏT

01 May 2026 | 17:49

Kürdəxanını 8-ci km bazarı ilə əlaqələndirən avtobuslar yenilənir

Sabahdan Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini metronun "Neftçilər" stansiyası və "8-ci kilometr bazarı" ilə əlaqələndirən 185 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, ümumilikdə 12 avtobus 13 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat təşkil edir.


SON XƏBƏRLƏR