• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Bayram günü qonşusu tərəfindən döyülən şəxs xəstəxanada öldü

HADİSƏ

24 Mart 2026 | 10:01 | Müəllif: Subhan Mahmudov

Bayram günü qonşusu tərəfindən döyülən şəxs xəstəxanada öldü

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasının həkimlərinin tibbi yardımlarına baxmayaraq, xəsarət alan 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Belə ki, Dəliməmmədli şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib. Mübahisə zamanı E.Ağalı sonuncuya xəsarət yetirib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR