• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Ağsuda iki “Shacman” toqquşdu - VİDEO

HADİSƏ

22 Aprel 2026 | 13:49

Ağsuda iki “Shacman” toqquşdu - VİDEO

Ağsuda iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

FHN-in “112” qaynar telefon xəttinə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 43 yaşlı İmanov Xaləddin Sədrəddin oğlunu xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026