• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Azərbaycanda yasda kütləvi zəhərlənmə - Aralarında uşaqlar da var

HADİSƏ

20 May 2026 | 20:33

Azərbaycanda yasda kütləvi zəhərlənmə - Aralarında uşaqlar da var

Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

İlkin məlumata görə, mərasimdə iştirak edən 21 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumata görə, zəhərlənənlər arasında azyaşlılar da var.


SON XƏBƏRLƏR

20 May 2026