• Bakı 28° C

    7.89 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Azərbaycandan tranzit keçən yük maşınında tiryək aşkarlanıb

SİYASƏT

06 Avqust 2026 | 11:05

Azərbaycandan tranzit keçən yük maşınında tiryək aşkarlanıb

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində narkotik vasitə - tiryək aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

    Belə ki, idarənin “Mazımqara” gömrük postunun idxal nəzarət xəttində Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana “minik avtomobilləri” yükü daşıyan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilən təmiz çəkisi 385 qram narkotik vasitə - tiryək aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Avqust 2026