• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Aybek Dadebay Qazaxıstan Qurultayının sədri seçilib

SİYASƏT

28 Avqust 2026 | 13:40 | Müəllif: Əli Hüseynov

Aybek Dadebay Qazaxıstan Qurultayının sədri seçilib

Qazaxıstan Qurultayının deputatları Prezident Administrasiyasının sabiq rəhbəri Aybek Dadebayı yeni qanunverici orqanının sədri seçiblər.

Bakıvaxtı.az "Kazinform"a istinadən xəbər verir ki, gizli səsvermənin yekunlarına əsasən, onun namizədliyini 138 deputat dəstəkləyib.

Dadebay ona göstərilən etimada görə həmkarlarına təşəkkür edib.

Qazaxıstan Konstitusiyasının 57-ci maddəsinə əsasən, Qurultay sədri vəzifəsinə namizədi deputatlar arasından prezident irəli sürür. Sədr Qurultay deputatlarının ümumi sayının səs çoxluğu və gizli səsvermə yolu ilə seçilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR