q
  • Bakı 11° C

    10.85 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

15 yaşında ana olan şəxsdən XƏBƏR VAR

CƏMİYYƏT

20 Aprel 2026 | 15:14

15 yaşında ana olan şəxsdən XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, Ucarda yeniyetmə uşaq dünyaya gətirib.

Bakıvaxtı.az xəbər verir jki, Ucar rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Daxil olan məlumata görə RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb:

"Yerli icra hakimiyyəti orqanının təqdim etdiyi məlumata əsasən, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulmuş körpə hazırda tibb müəssisəsindədir, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcək".

Komitə sözçüsü qeyd edib ki, bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR