"Xəyanətə uğramaq məni çox dəyişdi. Mənə öz gücümü göstərdi. Əsl kimliyimi ortaya çıxartdı. Bəzən insan öz kimliyini unudur. Bu, özünə qarşı olan sevgi ilə bağlıdır. Mütləq deyil durasan güzgünün qarşısında deyəsən: mən gözələm, eləyəm, beləyəm. Özünə sevgi adi şeylərdədir: sevdiyin işləri görmək, özünü çərçivədə hiss etməməmək. İnsan anlamalıdır ki, dünyaya xoşbəxt olmaq üçün gəlib. Bəzən biz bunu unuduruq".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Lətifə "Pərvizə görə" proqramında deyib. Sənətçi yaşadığı xəyanətdən danışıb:
"Mən isə bundan 12 il əvvəl özümü unudtmuşdum. Bu, acı görsənsə də daha sonra səni silkələyir və həqiqi kimliyin üzə çıxır. Xəyanət birinci acı görsənir. Ya sən əzilib bunun altında qalacaqsan, ya da özünü toparlayacaqsan. Deyirsən ki, bundan sonra həyatımda xoşbəxtçilik olacaq. Mənim başqa cür ixtiyarım yox idi: övladım, anam, qardaşlarım, nənəm, böyük ailəm var idi. Başqa variantım yox idi. Bütün xanımlar və kişilər bilməlidir ki, dünyaya xoşbəxt olmaq üçün gəlirlər. Ən gözəl sevgi, münasibət və həyat yoldaşı bir-birini dəstəkləyən insanlardır: bir-birinə yol açandır. Biz bir-birimizi dəyişməməliyik, ən gözəl yolu göstərməliyik. Bir-birinin əlindən tutub doğru yolu gedən insanlar mütləq böyük nəticə əldə edəcək. Biz özümüzə qarşı dürüst ola, həqiqəti deyə bilmirik"./Axşam.az
Bakı 




