Hindistanın cənubundakı Tamilnad ştatında fişəng istehsalı fabrikində baş verən partlayış nəticəsində ən azı 25 nəfər ölüb.
Bakıvaxtı.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ştat polisindən məlumat verilib.
Məlumata görə, partlayış zamanı fabrikin binasında təxminən 40 işçi olub. Partlayış o qədər güclü olub ki, bir neçə istehsal tikilisini dağıdıb. Yaralılar xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. İstintaq başlayıb. İlkin məlumatlara görə, partlayışa təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Bakı 




