q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

“Kür” zavodu geri dönür?

CƏMİYYƏT

20 Aprel 2026 | 10:42

“Kür” zavodu geri dönür?

Azərbaycanda bir vaxtlar kompüter istehsalı ilə tanınan "Kür" Kompüter Zavodu ilə bağlı diqqətçəkən iddia yayılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumatlara görə, uzun müddətdir fəaliyyəti dayanmış zavodun yenidən,  lakin bu dəfə tamamilə fərqli ad altında işə salınması planlaşdırılır.

İddialara əsasən, zavodun bazasında formalaşan istehsal infrastrukturu və texniki imkanlar yeni hüquqi çərçivədə bərpa olunur. Mənbə bildirir ki, əvvəlki “Kür” brendindən istifadə nəzərdə tutulmur və müəssisə yeni brend və idarəetmə modeli ilə bazara çıxarılması ehtimallar arasındadır.

Qeyd edək ki, zavodun hüquqi varisi olan KÜR Elektron Avadanlıqları İstehsalı MMC bir müddət əvvəl fəaliyyətini dayandıraraq başqa şirkətə birləşdirilib. Bu dəyişikliklər fonunda sənaye dairələrində müəssisənin yenidən qurulması və istehsalın bərpası ilə bağlı gözləntilər formalaşıb.

İddialara görə, yeni struktur çərçivəsində noutbuk və kompüter yığımı, server və İT avadanlıqları istehsal, dövlət və korporativ sifarişlərin icrası kimi istiqamətlər prioritet olacaq.

Hazırda layihənin detalları və mümkün fəaliyyət tarixi ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Murad İsmayıl


SON XƏBƏRLƏR

19 Aprel 2026