q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

İdmançımız eyni vaxtda 15 nəfərlə yarışdı 

CƏMİYYƏT

20 Aprel 2026 | 10:55

İdmançımız eyni vaxtda 15 nəfərlə yarışdı 

Qadınlar şahmatçılar arasında Azərbaycan çempionu, beynəlxalq usta Ülviyya Fətəliyeva Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və ölkəmizin Slovakiyadakı səfirliyinin təşkilatçılığı ilə Vyana və Bratislavada iti zəka sahibləri üçün seans keçirib.

Bakıvaxtı.az xəbər verir ki, qadın qrossmeyster eyni vaxtda 15 iştirakçıya qarşı mübarizə aparıb. 

Ülviyyə Fətəliyeva şahmatçılarla görüşdən məmnun olduğunu və turnirin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarılığını bildirib.

Xatırladaq ki, Ülviyyə Fətəliyeva 2024-cü ildə Yunanıstanın Rodos şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının qalibidir. Şahmatçı bu ilin mart ayında 8 ölkədən 10 iti zəka sahibinin qatıldığı "IV Women's Chess Championship" turnirində 9 turdan 6,5 xal toplayaraq 1-ci yeri tutub.


SON XƏBƏRLƏR

19 Aprel 2026