• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

15 yaşlı qız uşaq dünyaya gətirdi - YENİLƏNİB

HADİSƏ

20 Aprel 2026 | 18:27 | Müəllif: Əli Hüseynov

15 yaşlı qız uşaq dünyaya gətirdi - YENİLƏNİB

Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılmışdır.

Komitədən Bakıvaxtı.az-a verilən məlumata görə, yerli icra hakimiyyəti orqanının təqdim etdiyi məlumata əsasən, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulmuş körpə hazırda tibb müəssisəsindədir, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcəkdir.

Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

 

***13:17

Ucarda yeniyetmə qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, daxil olan məlumata görə RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

12:43

Ucarda yeniyetmə uşaq dünyaya gətirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

    Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

    Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR