q
  • Bakı 11° C

    10.85 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Azərbaycan-ABŞ tərəfdaşlığı güclənir: Yeni geosiyasi reallıq

SİYASƏT

20 Aprel 2026 | 15:30

Azərbaycan-ABŞ tərəfdaşlığı güclənir: Yeni geosiyasi reallıq

“Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan dinamika təkcə Cənubi Qafqazdakı regional balansın dəyişməsi ilə izah edilə bilməz”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Əsədli deyib.

Onun sözlərinə görə, ABŞ ilə əlaqələrin möhkəmlənməsi Azərbaycanın həm diplomatik, həm iqtisadi, həm də texnoloji maraqlarını əhatə edən strateji planının bir hissəsidir:

“ABŞ-nin qlobal təsir gücü və regiondakı maraqları Azərbaycanın qarşısında yeni əməkdaşlıq imkanları açır. Həmçinin, ölkənin təhlükəsizlik, enerji və iqtisadi sahələrdə daha balanslı və proaktiv mövqe tutmasına şərait yaradır”.

Müsahibimiz qeyd edib ki, Cənubi Qafqaz regionu uzun illər strateji maraqların kəsişdiyi məkan olub və burada Azərbaycan-ABŞ əməkdaşlığı həm regional, həm də qlobal geosiyasi balansın formalaşmasında vacib rol oynayır:

“Azərbaycan Rusiya və İran kimi böyük regional aktorların təsir dairəsində yerləşir. Bu iki ölkənin regionda güclü mövqeyi Azərbaycanın strateji qərarlarında ciddi diplomatik balans tələb edir. ABŞ ilə əməkdaşlıq Azərbaycanın bu balansı qorumaq və regional tərəfdaşlıqlarını diversifikasiya etmək imkanlarını artırır”.

Qeyd edək ki, ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin baş müşaviri Rebeka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) ölkə direktoru Sara Leminq "AmCham Azerbaijan" şirkəti tərəfindən işgüzar nahara dəvət edilib:

“ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb”.

Xatırladaq ki, sözügedən xartiya 10 fevral 2026-cı ildə, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Aydın Baxış


SON XƏBƏRLƏR