Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə heç bir kəskin addım atılmayacağını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, Paşinyan bunu Lori rayonunun Şnoq kənd sakinləri ilə seçkiqabağı görüşü zamanı bildirib.
Baş nazir Rusiya ilə münasibətlərin ümumilikdə dostluq və isti xarakter daşıdığını vurğulayıb. O, Rusiya Prezidenti ilə 2018-ci ildən bu yana 200-dən çox telefon danışığının olduğunu qeyd edib.Paşinyan Rusiya hökumətinin baş naziri ilə də yaxın münasibətlərinin olduğunu bildirib.
Ermənistanın baş naziri Rusiyanı supergüc kimi qəbul etdiklərini və ona hörmətlə yanaşdıqlarını deyib. O, Ermənistanın Rusiyanın maraqlarına zərər verəcək heç bir addım atmayacağını və bu mövqenin dəyişməyəcəyini vurğulayıb.
Paşinyan həmçinin Ermənistanın öz milli maraqlarını qoruduğunu, lakin tərəflər arasında ziddiyyət və antaqonizmdən uzaq durulacağını qeyd edib.
Aynur Babazadə
Bakı 




