• Bakı 17° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9782

    RUB - 2.3386

Ukraynanın son sutkada 780 PUA-sı vurulub

CƏMİYYƏT

20 May 2026 | 15:50

Ukraynanın son sutkada 780 PUA-sı vurulub

Rusiya Hava Hücumundan Müdafiə Sistemləri son 24 saat ərzində Ukraynanın 780 pilotsuz uçuş aparatını və dörd idarə olunan aviasiya bombasını vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Rusiya qüvvələri Ukraynanın yanacaq və enerji infrastrukturu obyektlərinə, sursat anbarlarına, PUA yığımı zavodlarına və uzaqmənzilli dronların saxlanma yerlərinə zərbələr endirib.

    Rusiya MN Ukrayna ordusunun son 24 saat ərzində itkilərinin təxminən 990 nəfər təşkil etdiyini iddia edib.

    Bundan əlavə bildirilib ki, Ukrayna Silahlı Qüvvələri həmçinin bir “Leopard” tankını, bir “Gepard” özüyeriyən zenit qurğusunu və iki Amerika istehsalı olan “Paladin” özüyeriyən artilleriya qurğusunu itirib.


    SON XƏBƏRLƏR

    20 May 2026