• Bakı 21° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Əli Əsədov Tacikistanın baş nazirinin müavini ilə görüşüb

SİYASƏT

20 May 2026 | 16:14 | Müəllif: Əli Hüseynov

Əli Əsədov Tacikistanın baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistan baş nazirinin müavini Usmonali Usmonzoda ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, bu prosesdə dövlət başçılarının siyasi iradəsinin mühüm rolu qeyd edilib.

Ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat-tranzit və enerji sahələrində birgə fəaliyyətin gücləndirilməsi, həmçinin humanitar əlaqələrin inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bu baxımdan Hökumətlərarası Komissiyanın sabah Bakıda keçiriləcək 8-ci iclasının əhəmiyyəti vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR