• Bakı 29° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Məhəmməd Əl-Casir Azərbaycan Prezidentinə təşəkkür edib

SİYASƏT

19 Iyun 2026 | 15:41

Məhəmməd Əl-Casir Azərbaycan Prezidentinə təşəkkür edib

İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casir Prezident İlham Əliyev tərəfindən ona "Dostluq" ordeninin təqdim edilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Bakıda keçirilən IsDB Qrupunun 51-ci illik toplantısının yekun mətbuat konfransında bildirib.

"Bütün IsDB Qrupu adından cari ilin iclaslarının təşkilində göstərilən yüksək himayəyə görə Prezident İlham Əliyevə səmimi və dərin minnətdarlığımı bildirmək istəyirəm. Zati-aliləri Prezidentin əlindən fəxri "Dostluq" ordenini almaqdan dərindən mütəəssirəm və bunu özüm üçün böyük şərəf hesab edirəm.

Bu mükafatı mən şəxsi nailiyyətim kimi deyil, IsDB Qrupundakı bütün komandamızın işə sadiqliyinin və yorulmaz əməyinin təqdiri kimi qəbul edirəm. Bu ali mükafat haqlı olaraq onlara məxsusdur və o, missiyamızı bundan sonra da yerinə yetirmək, iştirakçı ölkələrə xidmət etmək və bizə ümid bəsləyən icmalara dəstək olmaq üçün kollektiv qətiyyətimizi əhəmiyyətli dərəcədə gücləndirir", - M.Əl-Casir vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026