• Bakı 27° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Aydın Süleymanlı Karlsenə qalib gəldi

İDMAN

19 Iyun 2026 | 16:12

Aydın Süleymanlı Karlsenə qalib gəldi

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə XVI dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

Bakıvaxtı.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Yekunda Azərbaycanın "Odlar Yurdu" komandası Maqnus Karlsenin çıxış etdiyi, turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində qələbə qazanıb - 3,5:2,5.

Qeyd edək ki, "WR Chess"in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır. Heyəti əsasən gənc şahmatçılardan formalaşan "Odlar Yurdu" 15 xalla 8-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR