Vaşinqtonun ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmək üçün vitse-prezident Cey Vi Vensin İsveçrəyə səfərini təxirə salmasının səbəbi Tehranın Livanla bağlı mövqeyi ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkə hesabında Amerikanın "Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid yazıb.
Ravid ABŞ rəsmiləri arasındakı mənbəyə istinadən qeyd edib ki, görüşün təxirə salınmasının səbəblərindən biri İranın Livandakı vəziyyətlə bağlı tələbləri ola bilər. Belə ki, rəsmi Tehran İsrailin Livana qarşı hər hansı yeni hücumunu ABŞ ilə anlaşma memorandumunun pozulması kimi qiymətləndirəcəyini bildirib.
Bakı 



