ABŞ Müdafiə Nazirliyi Konqres üzvlərinə İrana qarşı hərbi əməliyyat və digər xərclər üçün əlavə 80 milyard dollar maliyyələşdirmə tələb olunduğunu bildirib.
Bakıvaxtı.az "The Wall Street Journal (WSJ)"a istinadən xəbər verir ki, Müdafiə Nazirliyi əlavə maliyyələşdirmə olmadan vəsaitlərin yayda tükənə biləcəyi barədə xəbərdarlıq edib.
Belə ki, bu həftənin əvvəlində ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq ABŞ qanunvericiləri ilə telefon danışıqları aparıb və onlara Pentaqonun ehtiyacları barədə məlumat verib. Konqres əlavə maliyyələşdirməni təsdiqləməsə, Pentaqonun bu yay vəsaiti tükənə bilər.
Nəşrin yazdığına görə, ABŞ ordusu təlimlər də daxil olmaqla, bir sıra proqramları azaltmağa məcbur ola bilər.
Gülşən Şərif
Bakı 



