• Bakı 20° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

SEPAH ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib

DÜNYA

19 Iyul 2026 | 13:19 | Müəllif: Əli Hüseynov

SEPAH ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib

İranın Huzistan vilayətinin Əhvaz şəhərində ABŞ-yə aid pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Bir az əvvəl vahid milli hava hücumundan müdafiə (HHM) sisteminin idarəçiliyi altında fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən yeni HHM sisteminin atəşi nəticəsində Əhvaz səmasında MQ9 pilotsuz uçuş aparatı vurulub".

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi ilə İrana endirilən növbəti zərbələr seriyasının başa çatdığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026